İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və Lalələr Ziyafəti Günü münasibətilə müraciətində uca məqamlı şəhidlərin xatirəsinin yad edilməsini İran xalqının hərəkət yolunun sağlamlığının və inqilab istiqamətindən kənara çıxmamasının zəmanəti hesab edib.
Ölkənin hər yerində “Lalələr Ziyafəti Günü” münasibətilə şəhid məzarlarının tozunun alınması, ətirlənməsi və güllər qoyulması mərasimi ilə eyni vaxtda Vəliyyi-fəqihin Şəhid və Veteranların İşləri Fondunda nümayəndəsi höccətül-islam Musəvi Müqəddəmin Tehranda Behişte-Zəhrada oxuduğu müraciətin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
“Müqəddəs Müdafiə Həftəsi” uca məqamlı şəhidlərin xatirəsi ilə ölkə ab-havasını nurlandırmaq üçün gözəl fürsətdir. Bu əziz xatirə İran xalqının hərəkət yolunun sağlamlığının və inqilab yolundan sapmamasının təminatçısıdır və onun dəyərini dərk etmək lazımdır.
Həyatda qəflətə qapılmalar həmişə bizimlədir. Bu təbii fəsadların bizi o nur və saflıq mənbəyindən uzaqlaşdırmasına imkan verməməliyik. Bilən və güclü Allahın köməyinə ümid ilə.
Seyid Əli Xamenei
5 mehr 1403 - 26 sentyabr 2024
Sizin rəyiniz